Əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini daşıyan İl-76 təyyarəsini vuran raketlər Ukrayna ərazisindən buraxılıb.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
Qeyd edək ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.