Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Adil Əliyev 2 saylı uşaq evini ziyarət edib
  • Siyasət

Adil Əliyev 2 saylı uşaq evini ziyarət edib

rubinroot Yanvar 21, 2024
420572660_908941207274044_1383638322915578219_n

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri ilə birlikdə Suraxanı rayonunda yerləşən 2 saylı Uşaq Evini ziyarət ediblər.

20 Yanvar faciəsi ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi üçün açılmış süfrədə uşaqlarla birlikdə nahar edən sədr müavini Adil Əliyev çıxışında 20 Yanvar faciəsinin 34-cü ildönümünün olmasını bildirərək, faciə qurbanlarının əziz xatirəsini və bütün şəhidlərimizin müqəddəs ruhunu sükutla yad edərək onlara Allahdan rəhmət diləyib.

20 Yanvar faciəsinin Azərbaycan xalqı üçün çox ağrılı olmasını və soydaşlarımıza qarşı amansız cinayətin törədilməsini diqqətə çatdırıb. Faciə qurbanlarına qarşı törədilmiş cinayətə Ulu Öndər Heydər Əliyev tərəfindən ilk dəfə hüquqi qiymət verilməsini və Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisi tərəfindən daha sonra isə Milli Məclis tərəfindən müvafiq qərarların qəbul edilməsini diqqətə çatdırıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu tərəfindən qazanılmış tarixi Qələbə nəticəsində tarixi torpaqlarımızın düşmən işğalından azad olunmasını bildirib. Ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərqərar olunması nəticəsində bu gün şəhidlərimizin əziz ruhunun şad olmasını bildirən vitse-spiker, tariximizi, həqiqətlərimizi gənc nəslə çatdırmağın vacibliyinə toxunaraq, onların milli-mənəvi dəyərlərimizə uyğun yetişməsində müstəsna rol oynamasını bildirib.

Sədr müavini çıxışında hər kəsə eləcə də, həssas təbəqəyə aid olan bütün şəxslərin, valideyn himayəsindən məhrum olan uşaqların bütün qayğı və ehtiyaclarının şəxsən Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın nəzarətində olmasını qeyd edib. Dövlətimiz tərəfindən onlara yüksək diqqət ayırdığını qeyd edən vitse-spiker onların problemlərinin həlli istiqamətində bütün addımların atılmasını bildirib.

Daha sonra Uşaq Evinin sakinlərinin hazırladığı faciə qurbanlarının xatirəsinə həsr olunmuş kompozisiyalar nümayiş etdirilib.

Tədbirin sonunda şəhid ailələri, qazilər özlərinə və valideyn himayəsindən məhrum olmuş uşaqlara yaradılmış yüksək şəraitə görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Musavat.com

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “Mina xəritələri ilə bağlı Ermənistana təzyiq edilməlidir” – XİN
Next: Yağış, külək, sulu qar… – Sabahın havası

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.