Şənbə, 28 Noyabr 2026 18:39:01 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
28 Noyabr 2026
SON XƏBƏRLƏR
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00
Siyasət

Moldova rəsmilərinin Rusiyaya girişinə qadağa qoyulub

11.01.2024 10:21 · 4 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı səfirə kəskin etiraz edilib. Qeyd olunub ki, bu hal davam edərsə, Rusiya tərəfi əlavə cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

“Moldovaya daxil olan Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik sistemli xarakter alıb, sərhədi keçməkdən əsassız imtina halları tez-tez baş verib. Moldova Respublikasının rəhbərliyi Rusiya əleyhinə aqressiv bəyanatlar verməkdə davam edir.

Moldova rəhbərliyinin hərəkətlərinə cavab olaraq Moldova Respublikasının bir sıra vəzifəli şəxslərinin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması barədə qərar səfirin diqqətinə çatdırılıb.

Həmçinin, Moldova Respublikasının NATO ölkələrindən olan təlimatçıların iştirakı ilə Moldova ərazisində Ukrayna Silahlı Qüvvələrinin hərbi personalının təliminə kömək etmək planları ilə bağlı KİV-də yayılan məlumatlardan narahatlıq ifadə olunub. Qeyd olunub ki, Moldovanın neytral statusunun aşınmasına və Kiyev rejiminin tərəfində hərbi əməliyyatlarda birbaşa iştirakına gətirib çıxaran bu cür dəstək qəbuledilməzdir”, – deyə Rusiya XİN-nin məlumatında əks olunub.

↑