Millət vəkili Adil Əliyev Bu ilin 7 Fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir;
“Bu ilin 7 Fevral tarixində ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir. Prezident seçkiləri xalqımızın iradəsini ifadə etməsi və Liderini seçməsi məqsədilə keçirilir. Əminəm ki, Azərbaycan xalqı bu seçkidə də ona tarixi Qələbə yaşadan, rəhbərlik etdiyi rəşadətli orduyla torpaqlarımızı işğaldan azad edən, ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar edən və dövlətimizin qüdrətlənməsi istiqamətində ciddi səy göstərən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcək və ona növbəti dəfə etimad göstərərək yenidən dövlətin rəhbəri seçəcəkdir. Hər birimiz seçki prosessində aktiv olmalı və dövlətimizin gələcəyi naminə Liderimizi dəstəkləməliyik”