2023-cü il ölkəmizdə tarixi hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin müvafiq Sərəncamıyla ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərcivəsində xalqımızın xilaskarı, Ümumilli lider Heydər Əliyevə xalqımız növbəti dəfə öz məhəbbətini nümayiş etdirdi.
“Heydər Əliyev İli” həm də tariximizə uzun illərdən sonra ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin bərqərar olunması kimi tarixi hadisələrlə yadda qaldı.
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və mütəmadi törətdiyi təxribatlar lokal xarakterli antiterror tədbirlərini qaçınılmaz etdi. Azərbaycan dəfələrlə Ermənistana və onun Qərbdən olan himayədarlarına seperatçı rejimin tərksilah olunaraq, ləğv olunması barədə Ermənistanın götürdüyü öhdəlikləri icra etməməsini xatırlatdı. Təəssüf ki, sülhün qarşısında əngəl olan Ermənistan və havadarları deyilənlərdən, İkinci Qarabağ müharibəsindən nəticə çıxartmadı, əksinə hər addımda seperatçı rejimi dəstəkləməyə cəhd göstərdilər. Hələ İkinci Qarabağ müharibəsində tarixi torpaqlarımız işğaldan azad olunarkən anlayırdıq ki, suverenliyimiz tam bərqərar olmadıqca tarixi işimiz yarımçıq qalacaqdır.
Ermənistanın riyakar siyasəti, artan təxribatları nəticəsində cari ilin 19 sentyabr tarixində başlayan və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri qacınılmaz etdi. Bu tədbirlər zamanı Ordumuz yüksək məharət və döyüş qabiliyyəti göstərdi və hər dəfə olduğu kimi Azərbaycan yenə də yalnız hərbi obyektləri sıradan çıxararaq, seperatçı rejimi süquta uğratdı. Seperatçıların üzərində qazanılmış qələbə ilə ölkəmiz öz suverenliyini bərqərar etdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə bayrağımızı ucaltması və Xankəndinin mərkəzi meydanında keçirilən Zəfər paradı Azərbaycanın qüdrətini bir daha dünyaya nümayiş etdirildi.
Qazanılmış növbəti Zəfərlə şəhidlərimizin qisası alındı, onların Vətən uğrunda can verdikləri torpaqlarımızda suverenliyimiz bərqərar olunması, Azərbaycan bayrağınının Vətən göylərində böyük məğrurluqla dalğalanması tariximizin ən şanlı səhifələrindən birinə çevrildi.
İşğaldan azad olunmuş ərazilərə nəfəs gəlir
2023-cü il həm də ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq quruculuq işləri ilə yadda qaldı. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” konsepsiyası əsasında uzun illər yurd həsrəti çəkmiş məcburi köçkünlər artıq öz evlərinə dönüblər. Qayıdış prosessi uğurla davam edir və növbəti illərdə də bu proses uğurla davam edəcəkdir.
Əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluq məsələləri bu ildə dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qaldı. Sosial qayğıya ehtiyacı olan şəxslərə, xüsusilə şəhid ailələrinə və qazilərə mənzillər verildi, qazilərimiz nəqliyyat vasitələri təmin olundu.
Təbii ki, 2023-cü ilin ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev İli” elan olunması həm Azərbaycanda həm də xarici ölkələrdə bir sıra tədbirlərin keçirilməsi ilə yadda qaldı. Ulu öndərin xatirəsinə həsr olunmuş Milli Məclisin xüsusi iclası keçirildi, dünyanın bir çox parlamentariləri bu tədbirlərə dəvət olundu.
İlin sonunda isə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-a evsahibliyi etməsinə haqq qazanması hər birimizi sevindirən xəbər oldu. COP29-un Azərbaycanda keçirilməsi Təşkilata üzv olan ölkələr namizədliyimizi dəstəkləmiş və yekdil qərar əsasında Konfransın Azərbaycanda keçirilməsi mümkün olub. Konfransın keçirilməsi üçün Azərbaycanın namizədliyinin dəstəklənməsi həm də ölkəmizin dünyadakı artan nüfuzunun əyani təzahürüdür.
Bu ölkəmizin beynəlxalq Qoşulmama Hərəkatı kimi 120-dən artıq ölkəni özündə birləşdirən bir təşkilata ölkəmizin uğurla rəhbərlik etməsi, məhz təşkilata üzv dövlətlərin birgə qərarı ilə Azərbaycanın sədrliyinin 1 il daha uzadılması ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzu dünyaya göstərir.
Gələn ilin dövlət büdcəsində “Böyük Qayıdış” konsepsiyası və əhalinin rifahının daha da yaxşılaşdırılması prioritet təşkil edən məsələ olaraq qalmaqdadır. 2024-cü ildə bizi Prezident seçkiləri gözləyir, əminəm ki, xalqımız bir daha öz Liderini dəstəkləyəcək və cənab İlham Əliyevi təkrar ölkəmizin Prezidenti olaraq seçəcəkdir.
Adil Əliyev
Milli Məclisin sədr müavini
Parlamentin Gənclər və İdman Komitəsinin sədri