Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • “Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın”
  • Siyasət

“Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın”

rubinroot Dekabr 7, 2023
1650171813.zelzeleee (1)

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələdən sonra afterşokların olacağını bildirib.

“Report”a açıqlamasında Q.Yetirmişli qeyd edib ki, ola bilsin bu afterşoklar hiss olunmasın.

Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alınıb: “Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı. Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın”.

Qeyd edək ki, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

***

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, hazırda zəif afterşoklar baş verir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Rusiyaya aid təyyarə havada alışdı – Video
Next: Bu nazir vəzifəsindən azad edildi – Sərəncam

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.