Şənbə, 28 Noyabr 2026 20:43:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
28 Noyabr 2026
SON XƏBƏRLƏR
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00
Siyasət

Fransa Senatı Ermənistanla silah müqaviləsinin bəzi detallarını açıqlayıb

03.12.2023 17:47 · 4 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Fransa Senatı Ermənistana SEZAR artilleriya sistemlərinin mümkün qədər tez çatdırılması imkanlarının araşdırılmasını tövsiyə edir.

RUBİN.AZ  xəbər verir ki, Fransa Ermənistana 24 “Bastion” tipli zirehli transportyor tədarük edib , daha 26-sı isə istehsal mərhələsindədir. Bu barədə 2024-cü il üçün maliyyə qanun layihəsi çərçivəsində Fransa Senatının saytında dərc olunan hesabatda deyilir.
Sənəddə xatırladılır ki, İrəvan bu yaxınlarda Thales-dən üç GM200 radarı sifariş edib və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı da danışıqlar aparılır.
Bundan əlavə, Fransa Senatı Ermənistana Sezar özüyeriyən artilleriya qurğusunun tədarükü imkanlarını mümkün qədər tez öyrənməyə çağırır: “Ukraynada yol verilən səhvləri təkrarlamamaq və lazımi avadanlıqların tədarükünü gecikdirməmək üçün”.
“Biz Ermənistan hakimiyyətinin artilleriya ehtiyacları ilə bağlı bütün müraciətlərinə operativ şəkildə cavab verməliyik”, – hesabatda deyilir.
Bundan əvvəl sosial şəbəkələrdə və Telegram kanallarında Fransanın zirehli texnikasının Gürcüstan ərazisindən keçərək Ermənistana doğru getməsinin fotoları yayılıb.
Ermənistan Müdafiə Nazirliyi hələ də Fransanın zirehli texnikasının tədarükü ilə bağlı xəbərləri şərh etməyib.
Qeyd edək ki,  2023-cü ilin oktyabrında Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyen Lekornu Ermənistana silah tədarükü haqqında saziş imzalayıblar.

“Unikal”

↑