Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Çağırışçıların hərbi hissələr üzrə bölgüsü oldu
  • Gündəm

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü oldu

rubinroot Sentyabr 25, 2021
and56

Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın sentyabrın 24-də toplantısı keçirilib.

Bu barədə RUBİN.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplantıda Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü məsələsi müzakirə edilib.

Ali Baş Komandanın müvafiq sərəncamına əsasən “2021-ci ilin oktyabr ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsü elektron qaydada xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla tam şəffaf şəkildə icra edilib.

Qeyd edək ki, komissiyanın işinə Dövlət Təhlükəsizliyi Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də cəlb olunub.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Norveçdə bütün karantin tədbirləri ləğv edilir
Next: Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.