Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Gürcüstandan olan jurnalistlər və blogerlər Gəncəyə səfər ediblər
  • Gündəm

Gürcüstandan olan jurnalistlər və blogerlər Gəncəyə səfər ediblər

rubinroot Sentyabr 23, 2021
614c1bc31b363614c1bc31b3651632377792aca91929731dc852cf78663bf00a79fd

Gürcüstandan olan media nümayəndələri və blogerlər Gəncəyə səfər ediblər.

RUBİN.AZ xəbər erir ki, APA-nın yerli bürosunun məlumatına görə, onlar Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, mülki insanlara qarşı törədilən hərbi cinayətlərin nəticələri ilə tanış olublar.

Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər. Qonaqlara cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. Bildirilib ki, dinc sakinlərin sıx yaşadığı ərazilərə raket atılması nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.

Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşüb
Next: Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.