Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Hərbi Dəniz Qüvvələrində birgə təlimlər başa çatıb
  • Gündəm

Hərbi Dəniz Qüvvələrində birgə təlimlər başa çatıb

rubinroot Sentyabr 13, 2021
613ee81d8cdad613ee81d8cdae1631512605613ee81d8cdaa613ee81d8cdac

Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən  RUBİN.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən uğurla və peşakarlıqla yerinə yetirilib.

Təlimlərdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edən kontr-admiral S.Bəkirov onlara gələcək xidmətlərində daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.

Qeyd edək ki, iki qardaş ölkə ordularının nümayəndələrinin iştirakı ilə keçirilən birgə təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı bölmələrin qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi, xüsusi təyinatlı tapşırıqların icrası zamanı uzlaşmanın təmin edilməsi, eləcə də peşəkarlığın və bölmələrin idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə “Zəfər tarixi” tədris ediləcək
Next: Azərbaycan polisi Gorus-Qafan yolunda – VİDEO

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.