Cümə, 27 Noyabr 2026 16:11:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
27 Noyabr 2026
SON XƏBƏRLƏR
“Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00
Manşet

Prezident İlham Əliyev Bakıya gətirilən yeni taksilərlə tanış oldu – Fotolar

12.08.2020 19:26 · 1. 190 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”si vətəndaşlar üçün xidmətə hazırdır.

“Rubin.az”  xəbər verir ki, Prezident İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevə yeni taksilərin xüsusiyyətləri barədə məlumat verib.

Bildirilib ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub. “TX” modelli yeni taksinin bir sıra üstünlükləri var. Belə ki, bu model taksilər yanacaq əvəzinə elektriklə işləyir. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Yeni taksilərin sərnişin kabinəsi digər “London taksi”lərindən fərqli olaraq daha genişdir və altı oturacağı var. Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Bu isə pandemiya dövründə təcrid və sosial məsafə baxımından da olduqca əlverişlidir. Kabinədə sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi var. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi post-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaq.

Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda paytaxtda ”Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1200 taksisi sakinlərə xidmət göstərir. London “TX4” modelləri 5 nəfərlikdir.

Onu da qeyd edək ki, yeni gətirilən taksilər “Android” sistemi ilə təchiz edilib. Bu isə sürücülər üçün geniş imkanlar açır. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilir.

Sonra Prezident İlham Əliyev yeni taksini idarə edib.











↑