Prezident İlham Əliyev Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqda sərəncam verib.
“Rubin.az” xəbər verir ki, dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Prezidentin daha sonra imzaladığı sənədə əsasən, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Anar Qabil oğlu Kərimova həvalə edilib.