Cümə, 27 Noyabr 2026 15:11:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
27 Noyabr 2026
SON XƏBƏRLƏR
“Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00
Manşet

Prezidentlə görüşdə Ceyhun Bayramovun çıxışı

16.07.2020 21:04 · 412 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

“Rubin.az”  qəbul zamanı Nazir Ceyhun Bayramovun söylədiyi nitqi təqdim edir:

“Möhtərəm cənab Prezident, ilk növbədə, bu yüksək etimada görə mən Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Cənab Prezident, mən Sizi əmin etmək istərdim ki, bu gün burada səsləndirdiyiniz bütün fikirlər, Xarici İşlər Nazirliyinin fəaliyyətinə dair qeyd etdiyiniz bir sıra nöqsanlar və ölkəmizin strateji maraqlarının təmin edilməsi yönündə əsas istiqamətlər və vəzifələrlə bağlı olaraq sistemli və davamlı fəaliyyətin təmin edilməsi, həmçinin qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn bütün səyləri əsirgəməyəcəyəm. Siz qeyd etdiyiniz kimi, bu sahə mənim üçün yeni olsa da, qısa müddət ərzində bütün bacarığımı və biliklərimi bu işə yönəldərək, vəziyyəti daha dərindən təhlil edəcək, bir sıra təklifləri diqqətinizə təqdim edəcəyik. Həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatının, eyni zamanda, bütün diplomatik nümayəndələrimizin və səfirliklərimizin birgə işi təmin ediləcək. Qeyd etdiyiniz kimi, əsas məqsəd ölkəmizin strateji maraqlarının təmin edilməsi, onların qorunmasıdır. Fəaliyyətimizi son illər ərzində ölkəmizin Sizin rəhbərliyinizlə artan beynəlxalq imicinin və nüfuzunun daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın sözünün daha da gur eşidilməsi istiqamətində quracağıq.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim ki, məni Təhsil naziri təyin etdiyiniz müddət ərzində bu sahəyə olan diqqət və qayğınızı bütün təhsil işçiləri hər zaman hiss etmişlər. Bu müddət ərzində Sizin imzaladığınız çoxsaylı sərəncamlar və dövlət proqramları nəticəsində yüzlərlə yeni məktəb binaları tikilmiş, təhsil infrastrukturu müasirləşdirilmiş, təhsil işçilərinin əməkhaqları yüksəldilmiş, onların sosial vəziyyəti davamlı şəkildə yaxşılaşdırılmış, tələbə yerlərinin sayı artırılmışdır. Fürsətdən istifadə edərək, bütün təhsil ictimaiyyəti adından buna görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Bir daha qeyd etmək istərdim ki, mənə göstərdiyiniz yüksək etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Bütün səylərimi qarşıya qoyulan vəzifələrin icrasına, Sizin qeyd etdiyiniz məsələlərin sistemli şəkildə həllinə yönəldəcəyəm”.

↑