1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ağdərədə şəhid olan Valeri Rassoxanın oğlu İlqar Rassoxa 2 qız övladı ilə birlikdə əvvəl Zabrat qəsəbəsində qəbiristanlıq ərazisində məskunlaşıb. Heç bir şəraiti olmayan, bir sözlə yaşayış üçün yararsız evdə qalan şəhidin oğlu İlqar Rassoxa, onun 3 və 10 yaşında qız övladları uzun müddət idi ki, çətin vəziyyətdə yaşamaq məcburiyyəti ilə üzləşmişdilər.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid ailəsinin acınacaqlı vəziyyətdə yaşadığından xəbər tutan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rassoxa ailəsinin qəzalı vəziyyətdə olan evinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yeni ev inşa edilib.