Bakı. Trend:
Nigeriya prezidenti Bola Tinubu ekstremistlər tərəfindən
sakinlərin kütləvi şəkildə oğurlanması ilə müşayiət olunan
təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən ölkədə fövqəladə
vəziyyət elan edib.
Trend-in
məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər verib.
“Təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq,
fövqəladə vəziyyət elan etmək və Nigeriya Silahlı Qüvvələrinə əlavə
əsgər qəbul etmək qərarına gəldim”, – deyə o bildirib.
Məlumata əsasən, son bir həftə ərzində ekstremistlər ölkə
daxilində onlarla digər vətəndaşla birlikdə 315 məktəbli və
müəllimi qaçırıblar. Bəziləri xilas edilib, digərləri qaçıb, lakin
265 uşağın və onların müəllimlərinin taleyi hələ də məlum
deyil.
