
Bakı. Trend:
Vaşinqtonda baş verən atışma nəticəsində ABŞ Milli Qvardiyasının
iki əməkdaşı yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə ABŞ daxili işlər naziri Kristi Noem “X”
sosial şəbəkəsində yazıb.
O bildirib ki, “Vaşinqtonda baş verən atışmada iki Milli
Qvardiya əsgəri yaralanıb”. Onların vəziyyəti barədə məlumat
verilməyib.
“NBC” telekanalı xəbər verib ki, atışma Ağ Evin yaxınlığındakı
parkda baş verib.
ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində
yazıb ki, atışmadan sonra ABŞ Milli Qvardiyasının iki əməkdaşının
vəziyyəti ağırdır.
“Hər iki Milli Qvardiya əsgəri ağır yaralanıb və hazırda iki
fərqli xəstəxanadadır”, – deyə o bildirib.
Trend-in məlumatına görə, bu barədə
