Bakı. Trend:
Zəngəzur dəhlizi 2029-2030-cu illərdə tam şəkildə fəaliyyətə
başlayacaq.
Trend-in
məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur
naziri Abdulkadir Uraloğlu deyib.
Nazir bildirib ki, Zəngəzur dəhlizi Qarsdan başlayır və Dilucuya
qədər uzanır.
O əlavə edib ki, Qarsdan Naxçlvan Muxtar Respublikasına ilə
sərhədə qədər 224 kilometrlik dəmir yolunun tikintisinə
başlanılıb.
“Azərbaycan tərəfi onu Ermənistan sərhədinə qədər çatdıracaq.
Biz də həmin layihəni izləyirik. Çindən gələn mallar buradan
tranzitlə keçəcək”, – deyə nazir bildirib.
