Bakı. Trend:
Suriyanın İdlib əyalətinin Kaft Taxarim qəsəbəsində yerləşn
silah-sursat anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər
həlak olub, 9 nəfər yaralanıb. Qurbanların mülki şəxslər olduğu
bildirilir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə yerinə çox sayda xilasedici səfərbər
olunub. Bir neçə nəfərin dağıntılar altında qaldığı güman
edilir.
Qeyd edək ki, son bir il ərzində Suriyanın silah-sursat
anbarlarında ümumilikdən 10-dan çox partlayış baş verib.
Partlayışlar əksər hallarda anbarlarda təhlükəsizlik və saxlama
qaydalarının pozulması ilə əlaqələndirilib.
