
Bakı. Trend:
Bu gün imzalanan sənəd çərçivəsində Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizinin qərb marşrutu ilə yükdaşımalarının ildə 2
milyon tona çatdırılması nəzərdə tutulub.
Bunu Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü
iclası çərçivəsində Trend-ə açıqlamasında İranın yol və şəhərsalma
nazirinin müavini və Dəmir Yolları Şirkətinin icraçı direktoru
Cabbar Əli Zakeri deyib.
Onun sözlərinə görə, Şimal-Cənub Dəhlizi çərçivəsində
Rəşt-Astara dəmir yolu hazırda istismarda olmadığına görə, yüklər
qatar-yük maşınları-qatarla daşınacaq.
Zakeri deyib ki, bu yükdaşımanın uzunmüddətli plan çərçivəsində
15 milyon tona çatdırılması nəzərdə tutulub.
