
Bakı. Trend:
Ukrayna ilin sonuna qədər “PURL” dəstək proqramı çərçivəsində
müttəfiqlərdən 5 milyard dollar məbləğində hərbi yardım ala
bilər.
Trend xarici KIV-ə
istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte
bildirib.
“Ukraynaya son dərəcə vacib avadanlıq çatdırılır. Avropa
ölkələri son bir neçə il ərzində əhəmiyyətli töhfə verib, lakin
bəzi imkanlar yalnız ABŞ tərəfindən təmin edilə bilər. Prezident
Tramp ABŞ silahlarının tədarükünün maliyyələşdirilməsini Kanada və
Avropa müttəfiqləri ilə təmin etməyə razılıq verib”, – deyə Rütte
bildirib.
Onun sözlərinə görə, Ukrayna hər ay təxminən 1 milyard dollar
dəyərində silah alır.
Qeyd edək ki, “PURL” 2025‑ci ilin yayında yaradılmış və məqsədi
NATO-ya üzv və tərəfdaş ölkələrin könüllü maliyyə ianələri hesabına
ABŞ‑də istehsal olunmuş silah, hərbi texnika, sursat və
avadanlıqların Ukraynaya operativ və sistemli çatdırılmasını
sürətləndirmək olan mexanizmdir.
