
Bakı. Trend:
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin 2029-cu
ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin iki oyunu
üçün yekun heyəti açıqlanıb.
Bu barədə Trend-ə Azərbaycan Basketbol Federasiyasından məlumat
verilib.
Baş məşqçi Tahir Baxşıyev heyətdə Emmanuel Aqbason, Uesli Van
Bek, Əkbər Məmmədov, Ulaş Turqut, Elşad Şirzadov, Amil Həmzəyev,
Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər
Poladxanlı, Şirzad Şirzadova güvənib.
Qeyd edək ki, Azərbaycan yığması ilk olaraq noyabrın 27-də
səfərdə Şimali Makedoniya, üç gün sonra isə Bakıda Lüksemburq ilə
üz-üzə gələcək.
