
Mingəçevir. Trend:
Mingəçevirdə piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.
Trend-in yerli
müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində
qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil piyada, 34 yaşlı
Tükəz Həsənovanı vurub.
Sınıq xəsarətləri alan piyada Mingəçevir şəhər xəstəxanasına
yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
