
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi
səfəri zamanı Müqəddəs Pyotr Bazilikasında olub.
Trend xəbər verir ki, bu
barədə məlumatı Azərbaycan XİN “X” sosial şəbəkəsində yayıb.
Bildirilib ki, nazir həmçinin bazilikada Heydər Əliyev Fondunun
təşəbbüsü və dəstəyi ilə aparılan bərpa prosesləri ilə də yaxından
tanış olub.
