
Bakı. Trend:
SOCAR 2026-cı ildə ən iri seysmik proqramını işə salmağa
hazırlaşır.
Trend xəbər verir
ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad
Seyidov bu gün Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında
deyib.
Onun sözlərinə görə, şirkət gələn ildən etibarən SOCAR tarixində
ən iri seysmik tədqiqat proqramının icrasına başlayacaq ki, bu da
yetkin yataqlardakı ehtiyatların daha dəqiq xəritələndirilməsinə
xidmət edəcək.
“2026-cı ilin seysmik proqramı SOCAR tarixində ən iri seysmik
proqram olacaq və onun əsas məqsədi yeraltı ehtiyatların dəqiq
müəyyən edilməsidir”,- deyə o bildirib.
