Bakı. Trend:
Böyük Britaniya hökuməti Çindən idxal olunan bioloji dizel
yanacağına antidempinq rüsumları tətbiq edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Biznes və
Ticarət Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, Çin şirkəti “Zhuoyue Group” və onunla əməkdaşlıq
edən ixracatçılar üçün rüsumlar 14,79%, digər bütün tərəflər üçün
isə 54,64% səviyyəsində müəyyən edilib.
Bu qərar yerli istehsalçılara, o cümlədən “Argent Energy” və
“Olleco” şirkətlərinə ziyan vuran ədalətsiz ticarət təcrübələrinin
aşkarlanmasından sonra Britaniya tənzimləyicisi tərəfindən qəbul
olunub. Qərar beş il müddətində qüvvədə olacaq.
