Bakı. Trend:
Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya
axınlarının artırılması müzakirə olunub.
Trend xəbər
verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün “X”
hesabında paylaşım edib.
“Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində Pakistanın
Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli
koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşməkdən
məmnun olduq. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla,
qarşılıqlı investisiya axınlarının artırılması, birgə layihələrin
təşviqi və biznes dairələri arasında əməkdaşlığın fəal
dəstəklənməsi barədə fikir mübadiləsi apardıq”, – deyə paylaşımda
qeyd olunub.
