Hər bir güclü dövlətin təməl daşlarını qurub, onu yaşadıb və gələcək nəsillərə ərmağan edən bir lideri olur. Bəli Müstəqil Azərbaycanda Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin bizlərə ən dəyərli mirasdır. Təbi ki, bizlərə miras olunan bir dövləti qorumaqda məhz bizlərin ən böyük vətəndaşlıq borcudur. Ancaq bugün bu borcu bizlərdən daha çox yerinə yetirən, Azərbaycan adlı bu vətənin bütün qayğılarını hərkəsdən daha çox öz çiyinlərində daşıyan məhz Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev cənablarıdır. Azərbaycan tarixin müxtəlif zamanlarında özünün geosiyasi vəziyyəti, təbii ehtiyatları və bu qəbildən olan bir sıra üstünlükləri ilə diqqət mərkəzində olan bir məmləkət olmuşdur. Bunun nəticəsidir ki, tarixin müxtəlif illərində ölkəmiz düşmən tapdağına məruz qalmışdır. XX əsr tarixi isə bu hadisələrin daha çox yer aldığı tarixi bir dövr olmuşdur. Ancaq XX əsr digər dövürlərdən həmdə onun üçün fərqlənir ki, məhs həmin zamanlarda bu xalqın, bu dövlətin Heydər Əliyev adlı güclü bir idarəçi şəxsiyyəti vardı. Məhz onun gərgin və mübariz əməyinin nəticəsidir ki, qısa zamanda dünyanın beynəlxalq təşkilatları Azərbaycanlılara qarşı törədilən dəhşətli faciələrin səbəbkarlarını tanımış oldu. Zaman keçsədə tarix unudulmur deyirlər. Bəli elədir ki, var. Bugündə mənfur düşmən özünün pis niyyətlərini, yalan və saxtalaşdırılmış tarixini dünyanın siyasi arenasına gətirməyə çalışır. Ancaq düşmən unudub ki illər keçsədə şəxsiyyətlər dəyişilməyib. Bugün müstəqil Azərbaycanın rəhbəri məhz Ulu Öndər kursu keçmiş Cənab İlham Əliyevdir. Cənab Prezidentin ölkəmizə rəhbəlik etdiyi tarixi yola nəzər saldıqda ölkəmizin beynəlxalq arenada yüksələn nüfuzunun birdaha şahidi ola bilərik. Bəli bu nüfuz bizlərə İlham Əliyev cənablarının yüksək idarəçilik qabliyyətinin, düşünülmüş və məqdəsyönlü siyasətinin ərmanıdır. 2020-ci ilin geridə qalan 6 ayına nəzər yetirdikdə beynəlxalq münasibətlər sistemində çətin və gərgin dövrün yaşandığını müşahidə edə bilərik. Ancaq güclü siyasətçi çətin zamanlarda bəlli olar demişlər. Mənim Prezidentim bu çətin şəraitdə, bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı dövürdə yenədə öz siyasi bacarığı ilə beynəlxalq münasibətlər tarixinə öz imzasını atmış oldu. Məhz Cənab Prezidentin təşəbbüsü ilə dünyanın ən ali aparıcı dövlətlərinin iştirakı ilə videkonfrans formatında bir sıra beynəlxalq konfrans və samitlər təşkil olundu. Təbi ki, bütün bunları görən düşmən Ermənistan hakimiyyəti və onun dırnağarası rəhbəri Nikol Paşinyan birdaha cənab Prezidentin dünya arenasında nüfuzunun şahidi oldu. Ancaq düşmənin siyasi məğlubiyyəti hələ qarşıda idi. Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edildi. Ölkə rəhbərinin məhz bu çağırışına dünyanın 130 dan çox ölkəsi öz rəsmi dəsdəyini göstərdi. BMT tarixində keçirilən 31 Xüsusi Sessiyadan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olması cənab İlham Əliyevin BMT tarixində bir ilkə imza atması idı. Bununlada pandemiyanın yaratdığı maneələrə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuş oldu. Yaxın zamanlarda keçiriləcək sessiyanın iclasında Cənab Prezidentin birdaha Ermənistan hakimiyyətinin saxta simasının dünyaya bəyan edəcəyi günü hər bir Azərbaycanlı səbirsizliklə gözləyir. BMT-tərəfindən Dağlıq Qarabağın Ermənistan tərəfindən qeyri şərtsiz boşaldılması istiqamətində qəbul etdiyi və bu günə kimi yerinə yetirilməyən əsassız qətnamələrinində keçiriləcək sessiyada cənab prezident tərəfindən özünün əsil hüquqi qiymətini alacağını gözləyirik. Bizdən fərqli olaraq düşmən sadəcə növbəti dəfə bütün dünyaya biyabır olmağı gözləyir.
Fərid Vaqifli
YAP Yevlax rayon təşkilatı Gənclər birliyinin sədr müavini
İctimai fəal