Xalqın birliyi və bərabərliyi onun ən çətin günlərində bəlli olur. Azərbaycan xalqıda öz birlik və bərabərliyini hərzaman olduğu kimi bu çətin günlərdə birdaha nümayiş etdiri. Bu birlik xalqın vətəninə, torpağına, bayrağına və ən əsası öz Ali Baş Komandanına olan sevginin və inamın təzahüründən doğur. Bəli bir el misalında deyildiyi kimi “El bir olsa dağ oynadar yerindən”. Azərbaycan xalqı yağı düşmənin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində atəşkəsi pozduğu ilk gündən, bu günə kimi dillərində Vətən şüarları, əllərində üç rəngli bayrağlarla meydanlara atıldılar. Hərkəs vəzifəsindən, yaşından, tutduğu mövqedən asılı olmayaraq meydanlarda bir amal uğrunda var-gəl edirdilər ki, oda Müstəqil Azərbaycanın və Qarabağın azadlığı idi. Mənim qəhrəman xalqım öz torpağının müdafisəi naminə şəhid olmuş hərbi qulluqçularınıda məhz bu birliklə, izdihamla yola saldı son mənzilə. Vətən sevgisi ilə çağlayan xalqımın ən böyük inam yeri isə məhz onun rəhbəri idi. Dağlıq Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu hərzaman bildirən Cənab Prezident bu səfərdə xalqın qəlbində unudulmaz izlər buraxdı. “Mənim heç bir şəhidimin qanı yerdə qalmayacaq, vəfat edən hər bir şəhidimə görə Ermənistanın çoxlu sayda canlı qüvvəsi məhv edilib və ediləcək” deyən Ali Baş Komandan birdaha nümayiş etdirmiş olduki bizim üçün Vətən hərşeydən uca, hərşeydən Ali bir mərtəbədədir. Xalq öz şəhidinə olan ehtiramını, rəhbərinə olan etimadını birdaha sayı minlərlə ölçülən birlik halında meydanlarda “Qarabağ bizimdir bizim olacaq” şüarları ilə nümayiş etdirdi. Bu izdiham bizlərdə qürur hissi oyatdığı qədər daxili və xarici düşməndədə qorxu, paxıllıq, hiyləgərlik hisslərini yenidən qabartmış oldu. Xarici düşməndən heç bir fərqi olmayan xain və xəyanətkar beşinci kalon yenidən öz mənfur siyasətini və xarici havadarlarından aldığı pulun haqqını ödəmək üçün bu briliyi pozmağa cəhd göstərdi. Meydanlarda toplaşan yüzminlərlə vətən sevdalısı xalqımın içindən beş-on nəfər satqın ölkədə xaus yaratmağ, bu birliyi pozmağa cəhd göstərdi. Amma sonu hərzamankı kimi yenədə acı bir məğlubiyyətlə sonlandı. Cünki mənim xalqım bu xain qüvvənin siyasi oyunlarını 30 il əvvəldə meydan hərəkatlarında görmüşdü, indidə gördü. Lakin fəq çox idi bu otuz il ərzində.Ən başlıcası isə indi Azərbaycanı xain və satqın bir lider yox, xalqını, vətənini sevən və hərşeydən uca tutan bir rəhbər idarə edirdi. Xalqda həmin rəhbərin ətrafında cəm olmuşdu. Biz xalqımızın bə şərəfli və çətin anlarında yenədə daxili və xarici düşmənlərimiz qədər dosdlarımızıda tanımış olduğ. Dünya səsimizə səs verərək, Ermənistanı tanımadığlarını, Azərbaycanın yanında olduğlarını bildirməklə bir daha dünyaya duyurmuş oldu ki, heç kəs xain və terrorist bir ölkənin maraqlarını dəsdəkləmir. Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblə oldu.
Xalqın birlik nümayiş etdirdiyi bu çətin anlarda başda Yeni Azərbaycan Partiyası olmaqla 40-dan çox siyasi patiyada cənab Ali Baş Komandanın yanında olduğunu birdaha göstərmiş oldu. Hərbiri biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan etdiyimizi bildirərək, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik deyə bəyanat verdilər. Şərəfli tarixi olan Ordumuzla qürur duyduğlarını, onunla bir olduğunu ifadə edərək, Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin etdilər ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərdilər. Bütün bunlar birdaha göstərdi ki, xalq özünün ən çətin anlarda birlikdir və bu birliyin gücü Cənab Ali Baş Komandanın uğrlu siyasətindən doğur
Fərid Vaqifli
YAP Yevlax rayon Gənclər Birliyinin sədr müavini
İctimai faəl