Bugün bütün dünyanını öz cənginə alan COVİD-19 pandemiyası dünyanın aparıcı dövlətlərinin sosial-iqtisadi həyatına öz mənfi təsirini göstərməkdən yan keçmədi. Dünya iqtisadiyyatının aparıcı ölkələrinin iqtisadi artımında son 7 ay ərzində böyük həcimdə tənzüll başlamışdır ki, buda öz növbəsində insanların yaşam şəraitinə mənfi təsirini göstərmişdir. Sürətlə yayılan COVİD-19 pandemiyası dövlətimizin sərhədlərindəndə yan keçmədi. Ancaq dövlət olaraq virusun ilkin yayılma mərhələsində atılan uğurlu addımlar, verilən düzgün qərarlar məhz sosial-iqtisadi həyata öz ciddi təsirini göstərmədi. Təbii olaraq dövlətin atdığı bu düzgün qərarlar ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasətin ana xəttini təşkil edir. Məhz bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir dövürdə Cənab Prezident tərəfindən zamanında atılan düzgün addımların bariz nümunəsidir ki, bugün ölkəmizin sosial-iqtisadi vəziyyəti özünün əvvəlki dinamikası ilə inkişafdadır. 6 iyul tarixində İlham Əliyev cənablarının bir sıra televizya kanallarına verdiyi müsahibəsi bu yazılanların əyani göstəricisidir. Cənab Prezident müsahibəsi zamanı öz siyasətinin əsasında Azərbaycan vətəndaşının sağlamlığının dayandığını birdaha qeyd etdi. Virusla mübarizə çərçivəsində son aylarda 5 modul tipli xəstəxanın istifadəyə verildiyini və bu istiqamətdə işlərin bundan sonrada davam edəcəyini diqqətə çatdırmışdır. Təbiki görülən bu işlərin mərkəzində yalnız vətəndaşlarımızın sağlamlığı dayanmaqdadır. Son illər ərzində məhz Cənab Prezidentin müvafiq sərəncamları əsasında regionlarımızın demək olar böyük əksəriyyətində müasir tipli yeni xəstəxanalar, diaqnostika mərkəzləri tikilərək istifadəyə verilmişdir ki, bugün həmin səhiyyə ocaqlarında virusdan əziyyət çəkən xəstələrin müalicəsi yüksək səviyyədə aparılmaqdadır.
Pandemiyaya yoluxma tempinin son günlərdə yüksək olmasına baxmayaq bugün dünyaın cox saylı ölkəsində bu artım və eyni zamanda virusdan dünyasını dəyişənlərin sayı bizim ölkəmizə nisbətən qat-qat yüksəkdir. Tempin sürətlə artmasının, eyni zamanda insan tələfatının qarşısının alınması istiqamətində bugün qabaqlayıcı tədbirlər yüksək xətlə davam etdirilir. Bir sıra şəhər və rayonlarda karantin rejiminin tətbiqi, böyük ticarət mərkəzlərinin, muzey və parkların, ailəvi istirahət məkanlarının və bu qəbildən olan bir sıra yerlərin müvəqqəti olaraq fəaliyyətinin dayandırılması məhz virusun vətəndaşlar arasında yoluxma riskini minumuma endirilməsi istiqamətində görülən işlər sırasındadır. Qoyulan bu məhdudiyyətlərə hər bir vətəndaşın hörmətlə yanaşmasını qeyd edən Cənab Prezident hüquq mühafizə orqanları tərəfindən bu qaydalara əməl olunmasına ciddi nəzarət edildiyini bildirmişdir.
Azərbaycan tərəfinin pandemiyaya qaşı mübarizə çərçivəsində zamanında atdığı bu uğurlu addımlar məhz Ümumdünya Səhiyyə Təşkilatı tərəfindəndə yüksək qiymətləndirilmişdir. Dövlətimizin humanizim siyasətinin hər zaman olduğu kimi bu cətin pandemiya dövründədə davam etdiyini bildirən ölkə rəhbəri son bir neçə ayda 30 dan çox ölkəyə hümanitar və maliyyə yardımının edildiyini və bundan sonrakı zamanlardada yardım üçün bizlərə müraciət edənlərə köməklik göstəriləcəyini vurğulamışdır. Bu yardımlar eyni zamanda ölkəmizin iqtisadi sahədə sağlam təməllər üzərində durduğunu və baş verə biləcək ən ağır böhranlar qarşısında davamlılığının bariz nümunəsidir.
Pandemiyanın yaratdığı ağır fəsadlar özünün mənfi təsirini beynəlxalq münasibətlər müstəvisindədə göstərdi. Beynəlxalq səviyyəli konfrans və zirvə görüşlərinin keçirilməsi demək olar ki, imkansıza dönüşdüyü bir zamanda yenədə mənim Prezidentim Cənab İlham Əliyevin yüksək idarəcilik qabliyyəti və dünyagörüşü, eyni zamanda beynəlxalq arenada nüfuzu nəticəsində irəli sürdüyü təkliflər beynəlxalq səviyyəli konfrans və zirvə görüşlərinin ölkəmizin təşkilatçılığı eyni zamanda cənab Prezidentin rəhbərliyi altında onlin videoformatda keçirilməsini mümkün etdi. Ölkəmizin rəhbərlik etdiyi bu konfranslarda müzakirə olunan məsələlərin əsas istiqamıtlərindən biri də məhz Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində oldu. Cənab Prezident hər zaman olduğu kimi yenədə dünyanın aparıcı dövlətlərinə Azərbaycanın Dağlıq Qarabağla bağlı barışmaz mövqe sərgilədiyini birdaha bildirərək Dağlıq Qarabağın əzəli və əbədi Azərbaycan torpağları olduğunu bildirmişdir. Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpağının zorla işğal olunduğunu, yüzminlərlə vətəndaşımızın amansızlığla qətlə yetirildiyini, bir milyona yaxın soydaşımızın öz tarixi torpağlarından zorla köçürüldüyünü bununla bağlı BMT-nin qəbul etdiyi qətnamələrin bugünə kimi yerinə yetirilmədiyini birdaha bütün dünyanın diqqətinə çatdıran İlham Əliyev Ermənitsan baş naziri Nikol Paşinyanın əsassız və yalan iddialarının üztündən birdaha xətt çəkmiş oldu. Hər səfərində məğlubiyyəti özü üçün peşə seçən Nikol Paşinyan Cənab Prezidentin faktlara əsaslanan nitqi qarşısında yenidən susmağa məcbur oldu. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu birdaha bunu göstərir ki, bugün bütün dünya siyasi məsələlərin həllində bizimlə hesablaşır və bizim qərarlarımıza hörmətlə yanaşır.
Bütün bunların mərkəzində təbi ki, Cənab Prezidentin məqsədyönlü və uğurlu siyasəti dayanır. Qısa zamanda ölkə olaraq pandemiyanın yaratdığı fəsadların öhdəsindəndə layiqincə gələcəyimizə əminəm. Cünki bizim Azərbaycan adlı qüdrətli dövlətimiz, İlham Əliyev adlı güclü rəhbərimiz var.
Fərid Vaqifli
YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin üzvi
İctimai fəal