1) Rəssam Nihad Əliyevin 8-ci dili öyrənməsinə səbəb nədir?
Cavab: Hər bir insanın dil bilgisinə malik olmağı, onun dünyaya çıxışı üçün açarın əldə edilməsindən xəbər verir. Bir dili bilmək – bir təhsilin, bir şəxsin və həmin dildən istifadə olunan ölkələrə çıxışı yolunun olmalarını söyləyir. Əgər hər hansı bir şəxs, dil bilgisinə malikdirsə, bu onu dünyagörüşündə, o cümlədən onun sənət və ixtisas yolunda böyük uğurlara doğru addımların atmasına şərait yaradır. Mən özüm yeddi dil bilgisinə malik olduqdan sonra, qarşıma qoyduğum məqsədlərdən biridə, 8-ci dil bilgisi üzrə çalışaraq, həmin dildə danışıq nəticəsi əldə etməkdir. 7 dil bilgisinə malik olmaq, mənə 8-ci dilin öyrənməsinə əlverişli şərait yaradır. Həmin dil İspan dilidir. İspan dili, roman dil qrupuna daxildir. Roman dil qrupuna daxil olan dillərdən biridə fransız dilidir. Fransız dili, bildiyim 7 dillərdən biridir. Məs buna görə, ispan dilini öyrənmək, mənim üçün asandır. İspan dili, dünyanın 18 ölkəsində, dövlət dilidir. Çəkdiyim rəsm əsərləri haqqında 7 dildə söhbət açmaq bacarığına malik olduğum üçün, həmçinin ispan dilini öyrəndikdən sonra, çəkdiyim rəsm əsərləri haqqında söhbət açmaq, böyük maraq doğuracaq. Həmçinin, bir rəssam kimi planlaşdırıram ki, İspaniyanın və Latın Amerikasının tarixi şəxsiyyətlərinin və tarixi mövzulara aid yeni-yeni rəsm əsərləri çəkib ərsəyə gətirim.
2) Rəssamın dil öyrənməsi vacibdirmi?
Cavab: Hər bir sənət və ya peşə sahibinin dil öyrənməsinin vacib olduğu üçün, o cümlədən rəssamın dil bilgisinə malik olması, onun həyatında və fəaliyyətində mühüm rol oynaması vacibliyini bildirir. Rəssamın dil bilgisi qabiliyyətinə malik olması, onun maraqlı mövzular axtarışı nəticəsində, tablo üzərində çəkdiyi rəsm əsərini ərsəyə gətirmək böyük maraq doğurur və izləyicilər tərəfindən böyük maraqla izlənilməsi, rəssamın yeni-yeni maraqlı mövzular axtarışında böyük həvəs oyadır. Çəkdiyi maraqlı rəsm əsərini ərsəyə gətirməklə yanaşı, həmin rəsm əsəri haqqında bildiyi xarici dildə söhbət açması, izləyicilər üçün ikiqat marağa səbəb olur və rəssama ilhamın gəlməsində rol oynayır.
3) Dil bilgisinin insan təfəkkürünə nə kimi təsiri var?
Cavab: Dil bilgisinin insan təfəkkürünə hər zaman müsbət təsiri var. Çünki hər bir insanın karyera yüksəlişində və həyatında yeni-yeni uğurların əldə edilməsi məqsədilə çalışması, dil bilgisinin vasitəsilə rahat və əlverişli şəraitdə uğurlu nəticəyə sahib olmasına doğru ucaldır. O, fikir mübadiləsində insan üçün daim mühüm rol oynayır.
4) Rəsmlə işləyərkən, yanınızda daha çox ağıl olur yoxsa şüur?
Cavab: Rəsm əsəri üzərində çalışaraq, həm ağılın həmdə şüurun olması mütləqdir. Düşüncənin mövcudluğu, həm ağılın, həmdə şüurun olmasından asılıdır. Çünki, rəsm əsəri üzərində çalışaraq, düşünmədən hər hansı bir hərəkətin həyata keçirilməsi, uğursuzluğa səbəb olmağı mütləq vurğulanır. Rəssamın çəkdiyi və ərsəyə gətirdiyi rəsm əsəri, onun düşüncəsindən asılıdır.
5) Rəssamın öz mənfi emosiyalarını rəsm əsərinin üzərinə töküb, onu satmaq və ya sərgiləmək ixtiyarı varmı?
Cavab: Rəssamın əhval- ruhiyyəsindən asılı olmayaraq, yaradıcılığıyla məşğul olması, onu hər zaman sakitləşdirir. Mənfi emosiya haqqında söhbət getdikdə isə, nəzərə çatdırmaq istəyirəm ki, rəssamın hansı mövzuya aid rəsm əsəri çəkmək ürəyincədirsə, mənfi emosiya olduqda belə, həmin rəsm əsərini böyük maraqla çəkdikdə, son nəticə böyük maraqla izlənilməyə səbəb olur. Rəssam həmin rəsm əsərini sərgiləmək və ya satmaq imkanı əldə etmiş olur.