Dünən o qədər Mirzə Cəlil haqqında fikirləşdim ki ,axırda yazıq ağ kəfəndə gözündə eynək gəldi girdi mənim yuxuma…
-Dedim, Mirzə başına dönüm sən Hara mənim yuxum hara ?nə məsələdi
-Söylədi’, oğlum ,nə istəyirlər bu xalq məndən?
Məni diri ikən rahat qoymayan ,çərlədib -öldürən qardaşlarım indi qəbirdə də mənə rahatlıq vermirlər?!
-Yadındadır’ ‘Ölülər” əsəri və” Şeyx ”Nəsrullah. ?Həmin” Şeyx” Nəsrullah ki’, 30dan çox arvadı var idi
-Yadındadır ,Kefli İsgəndər bir arvad özünə tapa bilmədi
-dedim,yadımdadır,- Mirzə yadımdadır.
-dedi məni Tənqid edən insanlar Şeyx Nəsrullahın nəvə -nəticələridi ki türkün məsəli məndən yanıq qalıblar . Babalarının intiqamını gorumdan alırlar.
Oqlum ,onu da deyimki ,o tərəfdən bizim xalq çox eybəcər görünür..
Dünən A.S. Puşkinin Ruhuyla söhbət edəndə dedi ki -Mirzə Cəlil lotuluq eləmə . Sizin xalq biraz şüluq xalqdı.
-Dedim ,yox əşi nə danışırsan nəyi şuluqdu . Lap əla xalqdı.
Onu deyəndə tutdu mənim əlimdən Başladı Bakını gəzdirməyə
Birinci apardı kafeyə. orda hər şeydən danışırdılar.- Zinadan ,riyadan. . nəşədən…yalandan…təkcə Allahdan başqa
Sonra məni bir məscidə apardı . Hansısa bir şeyx xütbə oxuyurdu. Birdən Nataşa adlı qız şeyxə zəng etdi. Şeyx xütbəni yarımçıq qoyub çıxdı çölə..
Sonra məni apardı bir toy məclisinə.. ”Hində nanay ”meyxanası oxunurdu. Zakaz dayanandan sonra Afət Fərmanqızı başladı oxumağa. ”Məndə sığar ”qəzəlini. Camaat əməlli başlı atdanıb düşürdü.. xatırladıram ki bu tərəfdə Nəsimi rəsmən od püskürür ki,Gör məni nə günə salıblar.. mən dərimi soydurdum dediyimdən dönmədim..onlar neynir..
Toydan çıxdıq dedim gəl səni aparım bizim məktəbə gör ki bizim məktəblərdə elm nə qədər inkişaf edib.və getdik.
-Əlim ağzımda qaldı. 11ci sinifin oğlanları yığışıb bir cavan Müəllimi döyürdü ki ,birdə bizdən dərs soruşma. Yazıq Müəllim də qorxusundan heç nə edə bilmirdi ki” Kurikulum ”uşaq döyməyə icazə vermir. nədi axı bu kurikulum….?
Daha utandığımdan başqa yerə aparmadım ki, orda məni rahat qoymayacaq ki ,milət-millət deyib ətimi tökmə.
Oğlum,mən vaxtı ilə nadanlarla vuruşurdum. millətlə mənim nə işim
Oğlum ,o zaman mən Nəsrullahla vuruşurdum ki xalqı aldatmayın. İslamla nə işim.
oqlum o zaman mən Danabaşın danabaşları ilə vuruşurdum ki, ayılsınlar…
Oğlum,oğlum,oğlum……
Bəs mənə de görüm siz kimlə vuruşursuz?
Əlim ağzımda qaldı ..cavab verə bilmədim.-.
çox fikrləşdim kimlə vuruşduğumuzu tapa bilmədim…
Dedim,Mirzə bir qələtdi eləmişik bir də olmaz.
Nə olar bizi elə cahilliyimizə bağışla..
Yazıq -”Tfu sizin üzünüzə ölülər”.deyib yırğalana-yırğalana çıxıb getdi..
Həsən Rahib