Diş insanın ən vacib orqanlarından biridir. Onun vasitəsi ilə qidanı əzir , çeynəyir , xırdalayırıq. Ağızı dişlərsiz təsəvvür etmək olmur. Onlar həm gözəllik , həm sağlamlıqdır.. Dişlər funksiyasına görə kəsici , köpək , azı dişlərinə bölünür. Bildiyimiz kimi süd dişləri dəyişilir və daimi dişlərlə əvəz olunur . Ən sonda isə insan böyük azı dişlərinə aid olan , insanda artıq öz əhəmiyyətini itirdiyindən tez xarab olan , rudiment hesab olunan və ağılla heç bir əlaqəsi olmayıb gec çıxdığına görə ” ağıl dişləri ” adlanan dişlər çıxır.Bəs bu dişlər neçe yaşlarda çıxır, çıxarkən niyə bu qədər ağrısı olur, neçe gün çəkir? Ağıl dişləri müəyyən yaşdan sonra çürüyüb yenə şiddətli ağrı verir, bu zaman nə etmek lazımdır, çəkilməsi lazımdırmı?
Məsələ ilə əlaqədər Rubin.az-a məlumat verən “City dental” klinikasının diş həkimi İlahə Musayeva sözlərinə görə Ağıl dişləri dediyimiz dişlər 18-25 yaş aralıgında çıxır. Ağrıların olma səbəbi ,əslində bütün dişlərin çıxması simptomatik əlamətlərə müşahidə olunur. Beləki, həmin nahiyədə qızartı, yüngül qızartı, yerli qaşınma, ağrı, yüngül temperaturla müşahidə olunur. Bütün daimi dişlər daha erkən çıxdığı üçün ağrı nisbətən yüngül olur. Ağıl dişləri isə ən sonunçu dişlər oldugu üçün , yer darlığı, yerləşmə proyeksiyasına görə çənə bucağında yerləşdiyi üçün və ən əsas gigiyenik qulluq qənaətbəxş olmadıgı üçün həmin nahiyədə ərp, qida qalıqlarının toplanması selikli qişanın iltihablaşmasına gətirib çıxardır. Bu dişlərin çətin və nisbətən daha ağrılı çıxmasına zəmin yaradır. Bütün hallarda 8-ci dişlərin çəkimi daha məqsədə uyğundur. Yox, əgər yer darlıgı yoxdursa və diş rahat yerləşibsə, nə vaxtsa çürüdükdə çəkmək göstərişdir. Zatən bütün dişlərin pulpası qıcıqlandıqda endodantik terapiya etməyə məcbur oluruq. 8-ci dişlərin çətin yerləşməsi və kanal keçilməsi çətinliyinə görə müalicə effektli olmur. Rudiment orqandır, mərkəzi okkluziyada və çeynəmədə iştirak etmədiyi üçün həyati vacib orqan sayılmır.