Cümə axşamı, 29 Oktyabr 2026 20:23:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00
Xəbər xətti

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır

28.10.2024 13:57 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanın beynəlxalq aləmdə çoxrərəfli diplomatiya yürütməsi onun bu miqyasda mövqeyini durmadan gücləndirir. Dövlətimizin xarici siyasəti təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda müxtəlif sferada beynəlxalq təşkilatlar və platformalar vasitəsilə daha geniş diplomatik əlaqələr qurulur. Bu baxımdan Azərbaycan qlobal siyasətdə mühüm dövlətlərdən biri kimi tanınır, ölkənin beynəlxalq proseslərdə aktiv iştirakını təmin edir.
Kazan şəhərində XVI BRICS Sammitdə Azərbaycanın iştirakı da bu siyasətin tərkib hissəsidir və ölkənin multilateralizmə verdiyi önəmini bir daha göstərir. BRICS təşkilatına üzv olan ölkələr – Rusiya, Hindistan, Braziliya, Çin və Cənubi Afrika dünya iqtisadiyyatında və siyasətinda mühüm rola malikdirlər. Azərbaycanın iştirakı qeyd olunan ölkələrlə həm siyasi, həm də iqtisadi əməkdaşlıqda yeni perspektivlər yaradır. BRICS formatında Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin iştirakı həm də Qlobal Cənub və Qlobal Şimal arasındakı dialoqu daha da gücləndirir.
Azərbaycanın bu gün BRICS platformasında olmaq istəyi uzun illər ölkəmizin Qərb tərəfindən aparılan anti Azərbaycan siyasətinə tutarlı cavabıdır. Əsas məqsədimiz hər iki beynəlxalq platformada milli mənafelərimizə uyğun siyasət aparmaq, digər məkanlarda ölkəmizin milli maraqlarını qorumaqdır. Çünki Azərbaycan həm Qərb, həm də Şərq üçün önəmli ölkədir. Respublikamızın beynəlxalq arenada artan rolunu və təsirini nəzərə alaraq, gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyini gözləmək olar.
Beləliklə, Azərbaycanın BRICS Sammitində iştirakı təkcə ölkənin beynəlxalq əlaqələrinin genişlənməsi ilə bağlı deyil, həm də qlobal məsələlərə təsir etmək, təhlükəsizlik, sülh və inkişaf üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır.

Yunis Əsgərli

Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini

↑