Cümə axşamı, 29 Oktyabr 2026 20:23:01 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00
Xəbər xətti

İkitərəfli sülh gündəliyi

28.10.2024 13:46 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

24 oktyabr 2024-cü il tarixində Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində Azərbaycanın “Outreach”/“BRICS+” formatında iştirakı Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin möhkəmlənənməsi, nüfuzunun yüksəlməsi, eyni zamanda yeni qlobal əməkdaşlıq imkanlarının artırılması baxımından strateji təkan oldu.
BRICS – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika kimi dünyanın aparıcı inkişaf etməkdə olan ölkələrini bir araya gətirən və qlobal iqtisadiyyatda əhəmiyyətli paya sahib olan bir platformadır. Beynəlxalq ticarətin, iqtisadi artımın və sosial rifahın təminatına yönəlmiş bu müstəvi ölkələrin mühüm məsələləri müzakirə etmələri üçün geniş imkanlar yaradır. İndiyədək 40-dan çox ölkə BRICS-ə üzv olmaq istəyini açıqlayıb. Təşkilata müraciət edənlər isə inkişaf etməkdə olan ölkələrdir.
Cari ilin iyul ayının 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyib. Azərbaycan BRICS ölkələri, xüsusən də Çin, Hindistan və Braziliya ilə ticarət əlaqələrini təşviq etməklə ixrac bazarlarını genişləndirə bilər. Bu, ənənəvi bazarlardan asılılığını azaltmağı təmin etməklə yanaşı, kənd təsərrüfatı, sənaye və qeyri-neft sektorları məhsullarının yeni ticarət platformalarına çıxması üçün yeni imkanlar açacaq. Bununla da ölkəmiz bir region və ya ölkələr qrupundan asılılığını azaldaraq, ticarət tərəfdaşlarını və ənənəvi bazarlarını şaxələndirə bilər. Eyni zamanda Azərbaycan infrastruktur layihələri və dayanıqlı iqtisadi inkişafı dəstəkləyən BRICS Yeni İnkişaf Bankının kreditlərindən, maliyyə alətlərindən və investisiya təşviqlərindən yararlana bilər. Azərbaycanın BRICS+ formatında iştirakı təkcə iqtisadi deyil, həm də diplomatik baxımdan strateji əhəmiyyətə malikdir. Bu iştirak Azərbaycanın beynəlxalq təşkilatlar və regional əməkdaşlıq formatlarında artan nüfuzunu və aktiv rolunu nümayiş etdirir. Azərbaycan müstəqil və balanslı xarici siyasət yürüdən bir ölkə kimi, qlobal məsələlərdə müsbət rol oynamağa çalışır və bu istiqamətdə BRICS kimi nüfuzlu platformalarla əməkdaşlıq onu dünya siyasətində daha güclü mövqeyə gətirir. BRICS bununla yanaşı, faydalı tərəfdaşlıq prinsiplərinə sadiq olan ölkələrin maraq göstərdiyi qlobal mərkəzə çevrilib. XVI BRICS sammitində gündəlikdə olan məsələlər, aparılan müzakirələr və burada iştirak edən ölkə rəhbərlərinin yanaşması bir daha sübut edir. Azərbaycan çoxşaxəli uğurlu təcrübəsi ilə BRICS-in inkişaf hədəflərinə çatmasına töhfə vermək niyyətindədir. Bu platforma müxtəlif qitələrin dövlətlərini birləşdirir, həmrəyliyi gücləndirir.
Prezident İlham Əliyevin sammitdə bəyan etdiyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. BRICS sammiti eyni zamanda Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh gündəliyinin irəli aparılması ilə yadda qaldı. Tərəflərin vasitəçisiz bir araya gəlməsi xüsusi əhəmiyyət kəsb edir. Rəsmi məlumatdan da göründüyü kimi, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Bu da ikitərəfli sülh gündəliyini inkişaf etdirmək baxımından nikbin nəticələr üçün zəmin yaradır.

Aygün Abbasova
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin tarix müəllimi

↑