Cümə axşamı, 29 Oktyabr 2026 16:45:43 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl

03.10.2024 11:00 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Vətən ! Başımızın tacı, gözümüzün nuru ! Tariximiz, keçmişimiz, bu günümüz, sabahımız… Minlərlə şəhidlərin son sözü, son nidası. Tarix səni həmişə ağır sınaqlara çəkib,  amma sən həmişə bu sınaqlardan məğrur və əzəmətlə çıxmısan. Qarabağ sınağı kimi. Mənfur düşmən neçə illər Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocalı, Ağdam və. s kimi dilbər guşələrimizi işğal altında saxladı. Bu acı taleyi yaşayan rayonlarımızdan biri də Cəbrayıl rayonu idi.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində Cəbrayıl rayonuna küllü miqdarda ziyan dəydi. Rayonda fəaliyyət göstərən 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100- ə yaxın kənd erməni valdalizminin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonunda 362 nəfər şəhid, 191 nəfər əlil oldu.
Sivilizasiyadan, mədəniyyətdən, insanlıqdan uzaq olan azğın düşmən yaxşı bildirdiki, işğal etdikləri torpaqlar onlara məxsus deyil, gec- tez bu yurdun oğulları onlarla haqq- hesab çəkəcək. Bu görə də rayonun ərazisindəki onlarla tarixi abidələri məhv etmişlər, dağıtmışlar. Cəbrayıl rayonun ərazisindəki “Divlər sarayı”, Diri dağındakı Mazannənə, Mərmərnənə məqbərərləri, “Sultan Məcid hamamı”, “ Canqulu və Qumtəpə” kurqanları və onlarla belə tarixi abidələrimizin məhvi erməni vandalizminin sübutudur. Lakin düşmənin vəhşilikləri xalqımızın onlara qarşı kinini, nifrətini, selə çevirdi və şahə qalxmış bu selin qarşısında duruş gətirə bilməyən azğın düşmən məhvə məhkum oldu. Zor gücünə ələ keçirdikləri bu torpaqları qorxaqcasına tərk etmək məcburiyyətində qaldılar. İllərlə işğal altında qalan Vətən torpaqları Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu tərəfindən işğaldan tamamilə azad edildi.

İşğaldan azad olunmağın sevincini Cəbrayıl rayonu 5 yanvar 1994-cü il tarixindən Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad olunduğu gün yaşamışdı. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Nəhayət, Böyük Qayıdışın başlanğıcı tam qələbə ilə bitdi. 2020- ci il 27 sentyabr tarixindən Cəbrayıl rayonun Böyük Mərcanlı  və  Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Horovlu, Mahmudlu, Cəfərabad və. kəndləri işğal   azad edilmişdir. Cəbrayıl rayonunun azad olunmasında minlərlə qeyrətli,  vətənpərvər oğullarımız şəhid olmuşlar, al qanları ilə bu torpağa qələbə sözünü yazmışlar, üçrəngli bayrağımızı Cəbrayıl rayonunda dalğalandıraraq qanları ilə tarix yazmışlar. Bəli, dövlətimiz heç vaxt bu şəhidləri unutmur, hər zaman hər yerdə onların xatirələrini əbədiləşdirir. 2020-ci il noyabrın 26- da “ Cəbrayılın azad olunmasına görə” medalının təsis olunmasıda bu diqqətini bir hissəsidir. Cəbrayıl rayonun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “ Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının çox böyük tarixi  və siyasi əhəmiyyəti vardır. Azərbaycan dövləti öz hərbi, siyasi, iqtisadi gücünü və  məğlubedilməzliyini bəyan etdi.

Artıq işğaldan azad edilmiş şəhər və kəndlərimiz kimi Cəbrayıl rayonu da yeni bir dövrə qədəm qoyub. Bərpa ilə quruculuq dövrü işləri,  “Araz Vadisi İqtisadi Zonası” nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafi üçün önəmli hadisədir.

Cəbrayıl yarımstansıyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Rayonun ərazisinə 4-6 zolaqlıq yol çəkilir. İnanırıq ki, tezliklə yenidən quruluş Cəbrayıl rayonu öz doğmalarını qoynunda həmişəlik sakin edəcəkdir.

Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə xüsusi diqqət yetirərək həmişə bu ərazilərə səfərlər edir. Xudafərin körpüsündə  Dövlət bayrağının ucaldılması, Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması, dağılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış, “Cəbrayıl” yarımstansiyasının açılışı, Mərkəzi Xəstəxananın təməlqoyma mərasimləri ilə bağlı  Cəbrayıl rayonuna səfərlər etmişdir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir.  Sərəncama əsasən 4 oktybar  Cəbrayıl şəhəri günü kimi qeyd edilib.

Cəbrayıl şəhəri ! İgid, qəhrəman oğulların əli ilə üzərində ucaldılmış bayrağın əbədidir və həmişə dalğalanacaq, əsrlərə, qərinələrə meydan oxuyacaq və sən bu bayrağı sənə əmanət etmiş şəhid oğullarını heç vaxt unutmayacaqsan, yalnız onların qarşısında baş əyəcəksən.

Sadət Məmmədova

Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

↑