Cümə axşamı, 29 Oktyabr 2026 15:23:48 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00
Xəbər xətti

Aşıq Ələsgərin xatirəsinə hörmət

01.10.2024 12:26 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Şah İsmayıl Xətai möhtəşəm Səfəvilər dövlətini yaradandan sonra “İndi mənim vəzifəm məmləkətin sərhədlərini qorumaqdır”. Amma bu “qorumaq” sözü təkcə mühafizə etmək mənasında anlaşılmamalıdır. Çünki burada həm də sərhədlərin içərisindəkiləri inkişaf etdirmək məsələsi də var. İndi işğaldan azad olunmuş torpaqlar möhtəşəm tikinti abadlıq meydanına çevrilmişdir. Biz təkcə yenilərini yaratmırıq, eyni zamanda düşmənin murdar əli ilə dağıdılmışları da bərpa etdiririk. Bunun bariz nümunəsi təkcə Azərbaycanın yox, Türk dünyasının  mədəniyyət mərkəzi olan Şuşada M.P.Vaqifin xatirə kompleksini və X.Natavanın ev muzeylərinin bərpasıdır.

Bunlu da, bunsuz da klassiklərimiz ölkəmizin rəhbərləyinin daim diqqət mərkəzində olmuşdur ki, bunlardan biri də Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi el sənətkarı Aşıq Ələsgərdir.

Hələ 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik  yubileyi qeyd edilmişdir. Daha da maraqlısı və sevindiricisi budur ki, bu tədbir Sovet miqyasında qeyd olunmuş və bu münasibətlə də aşığın doğma kəndi Ağkilsədə onun abidəsi ucaldılmışdır. Abidə düşmənin gözünə bir ox kimi sancılmışdır. Buna görə də ondan əsər əlamət qoymamış, yerlə yeksan etmişlər.

Üç il bundan əvvəl isə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki sərəncam imzalanmışdır. Bir sərəncama əsasən Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir.

İkinci sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulmuşdur. Bu münasibətlə də 30 sentyabr tarixində həmin abidənin açılışı oldu və açılışda Prezident İlham Əliyev də iştirak etdi.

Aşıq Ələsgər erməni vəhşiliyini öz üzərində hiss etmiş sənətkardır. XX əsrin iyirminci illərində sənətkar ömrünün ixtiyar çağında doğma Vətənini tərk etmək məcburiyyətində qalmış, bir müddət Kəlbəcərin Yanşaq  kəndinə sığınmışdır.

Atalarımız “Haqq incələr, üzülməz” demişlər. Biz irəlidə Şuşada Vaqifin, Natavanın daha neçə – neçə sənətkarın muzeylərinin bərpası barədə danışdıq. Çox çəkməz bu bərpaetmə işlərinə Zəngəzurda başlayar və Aşıq Ələsgərin abidəsi doğma Ağkilsə kəndində də bərpa olunar.

 

Kəmalə İbrahimova

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən

↑