Hədəf – həyatın gizliliklərindədir.
Xəstəliksiz bir həyatınızın olmasını istəyirsizsə sizə bir neçə ipucu verək.
Birinci növbədə hər şey hisslərdən başlayır. Duyğularınızı izah edin, açıqlayın , bildirin. Saxlanılan və ya basdırılan həyəcan və emosiyalar, qastrit, mədə xorası , onurğa yırtıqları və bel ağrısı kimi xəstəliklərə gətirib çıxarır. Vaxt keçdikcə duyğuların bastırılması xərçəngə çevrilir. Beləliklə, sirlərimizi və səhvlərimizi paylaşmalıyıq! Dialoq qurmaq , dərdləri bölüşmək çox mükəmməl bir müalicədir. Atalar yaxşı deyib : dərd paylaşdıqca azalar , sevinc paylaşdıqca çoxalar.
İkinci ipucu qərarlı insan olmaqdır. Qərar verməyi bacarmaq ,qətiyyətli olmaq lazımdır. Tərəddüdlər insanı kobudlaşdırır , narahat edir , daima həyacanlı , əsəbi olmasına və hamıdan şübhələnməsinə səbəb olur. Stabil olmayan insan həmişə narahat olur , sinir və dəri xəstəliklərinin qurbanına çevrilir.
Üçüncü ipucu olduğun kimi görünməkdir. Əgər xəstə olmaq istəmirsənsə olduğun kimi görün. Rola girmək , olduğundan xoşbəxt , problemsiz görünməyə çalışmaq , ətrafındakılara mükəmməllik görüntüsü vermək üzərinə tonlarca yük yığmaq deməkdir. Belə insanların sonu onsuz da xəstəlik , bol –bol dərmanlar və xəstəxanadır.
Dördüncü ipucu qəbullanmaqdır. Bəli , qəbullanmaq . Özünlə, taleyinlə , həyat tərzinlə barışıq olmaqdır. İnsan əlindəkilərin qədrini bilməli , onunla xoşbəxt olmağı bacarmalıdır. Bunu qəbul etməyənlər qısqanc, təqlid edici, çox rəqabətli və dağıdıcı olurlar. Bir də sənə olan tənqidləri qəbul etməlisən . Qəbul etməlisən ki , inkişaf edəsən . Bir sözlə qəbullanmaqda bir hikmət , müalicə var.
Beçinci ipucu çarə tapan olun. Çarəsizlikdən şikayətlənən olmayın. Mənfi yüklü insanlar həll yolu tapa bilmirlər və problemləri qabartdıqca qabardırlar. Qaranlığa sürükləyənlərdən deyil , kibrit yandırıb , qaranlığı qovanlardan olun. Bu danılmaz faktdır ki , mənfi düşüncə , mənfi enerji istehsal edir. Mənfi düşüncəli insanları psixi xəstəliklər izləyir , nevroz , şizofreniya onların taleyinə çevrilir.
Altıncı ipucu güvənməkdir. Güvənsizlik insanı məhv edir. . Etibarsız olan insan ünsiyyət qura bilmir , dərin və möhkəm əlaqələr yarada bimir , əsl dostluqların necə qurulacağını bilmir. Etibarsızlıq səndə inamın olmamasıdır. İnamsızlıq vasvasaya , yersiz həyacana , yüklənməyə səbəb olur ki , bu da bir sıra xəstəliklıərə yol açır.
Yeddinci ipucu sakit , əmin- amanlıqlı bir həyat sürməkdir. Səadətin ana damarı yumordan ,gülüşdən, sülhdən keçir. Dinc həyat sürmək insana sağlamlıq verir və daha uzun bir həyat gətirir. Xoşbəxt adam yaşadığı müddətdə ətrafını inkişaf etdirir. “Yaxşı yumor insanları həkimin əlindən qoruyur”. Xoşbəxtlik sağlamlıqdır. Sağlam və xoşbəxtliyin açarı isə öz əlinizdədir.