Cümə, 16 Oktyabr 2026 11:45:08 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Baş redaktor

“MİQ -lə gələn müəllim daha çox yenilikçi və işgüzar olur”-Direktor ilə Müsahibə

06.03.2019 23:05 · 1. 523 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Tanıyaq və tanıdaq.

“Rubin.az” xəbər portalı olaraq  bildiyiniz kimi “Tanıdaq” Rubrikasına start vermişik..Rubrikada paytaxt və regionlara üz tutaraq tanıdığımız insanları sizə tanıdırıq..Bizim tanımadığımız,sizin tanıdğınız varsa,sizin vasitəsilə biz tanıda bilərik..Bunun üçün bizlə əlaqə yaratmağınız kifaəyətdir.Bu dəfəki qonağımızı da biz tanıyırdıq,siz də tanıyın..“Rubin.az” Günel Kazımova ilə  müsahibəni təqdim edir:

Ənənəmizə sadiq olaraq özünüz haqqında məlumat verin.
Mən Günel Kazımova Füzuli rayonu 50 nömrəli tam orta məktəbin direktoruyam. Birinci ixtisasim pedaqoq psixoloq , 2-ci ixtisasm isə filoloqdur. 2011-ci ildən məktəb direktoru işləyirəm. Bu illər ərzində uğurlarım çox olub, amma sonuncunu deyəcəm . Çünki ən böyük uğur onu hesab edirəm. Təhsil Nazirliyinin təşkil etdiyi Qrant müsabiqəsinin və bu il Böyük Britaniya ilə Təhsil nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin qalibi olmağım. Rəhbərlik etdiyim məktəb ingilis dili üzrə “Resurs mərkəzi” seçildi. Yanvarın 11-də Böyük Britaniya səfiri Karol Krofts və Məhəbbət xanım Vəliyeva məktəbdə açılış etdilər
Kollektivlə münasbətiniz necədir? Anlaşılmazlıq olanda necə hərəkət edirsiz ?
Kollektivlə münasibətim yüksək səviyyədədir. İlk illər çətinliklər olurdu. Lakin sonralar müəllimləri daha yaxşı tanıdım , fərdi xüsusiyyətlərini öyrəndim və daha rahat oldu. Anlaşılmazlıq nadir hallarda olur. Bu zaman maksimal dərəcədə dinləməyə üstünlük verirəm və hər şeyi qanun müstəvisində həll etməyə çağırıram. Ümumiyyətlə mən düşünmürəm ki , təhsil sahəsində həyata keçirilən bu qədər islahatlar nəticəsində müəyyən anlaşılmazlıq yarana. Təhsilverənlər son yenilikləri izləməklə bərabər həm də əməl etməyə çalışırlar.

Müəllimlərin işə qəbulu direktorlar tərəfindən deyil nazirlik tərəfinden keçirlir.Sizcə bu direktorlara problem yaradır?
Əsla. Tam əksinə, MİQ -lə gələn müəllim daha çox yenilikçi və işgüzar olur.


Direktor -müəllim münasbətlərində konfiliktləri çox eşidirik. Konfiliktlərin belə çox olmasının səbəbi nədir ? Olması normaldırmı? Həlli yolunu nədə görürsüz?
Əslində nə qədər çox nəzəri biliklərə malik olursan ol, müəyyən çətinliklərin olacaq. Praktika vacib şərtdir. Bir də yeniliyə nail olmaq üçün təkcə direktor yenilikçi olmalı deyil. Bu işdə kollektivin birgə işləməsi vacib şərtdir.
İllərdir direktor vəzifəsindəsiz. Məktəbinizdə ən maraqlı hansı hadisəylə yadda qalmısız?
Bilmirəm bu necə qarşılanacaq. Bəlkə də başqa tərəflərə çəkiləcək. Məktəb elə bir məkandır ki , orada maraqlı hadisələrsiz gün olmur. Lakin ən maraqlısı ən yadda sonuncu oldu. Deməli biz Ulu Öndərin ad gününə tədbir hazırlayırdıq. Şagirdlərimiz “Horadiz əməliyyatı” adlı səhnə hazırlamışdılar. Qonaqlarımız olmalı idi , həyəcanlı idim , şair Ramaldanov özü şəxsən iştirak edirdi. Mən şagirdlərə tapşırıq verdim ki, bax yaxşı oynayın. Tədbir 5-ci gün olacaq idi və 11- ci sinfin oğlanlarına zaraftala dedim ki, bax yaxşı oynasanız 6-cı gün sizi evləndirəcəm.Tədbir oldu çox yüksək səviyyədə keçdi. Bir də gördüm ki , 6-ci gün mənə zəng gəldi. Zəng edən 11- lər idi.  Dedilər ki , Biz burdayıq gəlin sözünüzə əməl edin. Mən o zarafatı gərginliyi , həyəcanı azaltmaq üçün demişdim.
Bakıda köçkün məktəbində işləyirsiz , paytaxt məktəbinə yerdeyişmə etmək istiyərsiz?
Rotasiya hər bir məmura lazımdır. Hətta düşünürəm ki ,vacibdir . Amma buna qərarı rəhbərlik verir.
Müəllim şagirdlərin psixologoyasını necə öyrənə bilər? Ona uyğun necə hərəkət edə biler?
Bunun bir çox yolları var. Ən məşhur variant dinləmək və müşahidə edərək qərar verməkdir.

↑