Son günlər aparıcı Nazilə Səfərlinin “Louvre Plaza” restoranı haqqında səsləndirdiyi fikirlər bütün şəhid ailələrini və qaziləri narahat etdi. Təəssüflə qeyd etməliyəm ki, qazi adından istifadə edilərək restoranı əsassız olaraq hədəfə aldılar. Restoranın sahiblərini şəxsən tanımasaqda onlara atılan bu böhtan və bu böhtanda qazinin adının hallanması bizi narahat etdi.
Şəhid yoldaşı Mətanət Qafarova: mən I Qarabağ müharibəsinin şəhidinin yoldaşıyam, bu ilin aprel ayında Louvre restoranında şəhid ailələri və qazilər üçün təşkil edilmiş 700 nəfərlik iftar süfrəsində iştirak etmişəm. Restoranın personalının və rəhbərliyinin bizə olan diqqətini şəxsən öz gözümlə görmüşəm. Eləcə də, hər zaman şəhid ailələrinə qarşı diqqətli olan şəxs kimi tanınıblar. Kimlərinsə intriqa naminə şəhid ailəsinin adından və qazidən istifadə etməsi heç çür qəbul olunan deyil.
Mən Ramin İbrahimov Vətən müharibəsi qazisiyəm, dövlət başçısı tərəfindən 7 medalla təltif edilmişəm. Bu ilin aprel ayında Zabrat qəsəbəsində yerləşən Luvr plazada təşkil edilmiş şəhid ailələri və qazilər üçün iftar süfrəsində iştirak etmişəm. Həmin məclisdə 700-yə yaxın adam var idi və mən özüm şəxsən 50-ya yaxın qazı dostumla bərabər iştirak etmişəm. Restoranın rəhbərliyinə göstərdiyi yüksək diqqətə görə minnətdaram. Qeyd olunan hadisənin baş vermədiyindən adım kimi əminəm.
Mən Vətən müharibəsi şəhidi Emin Tarverdiyevin anası Məlahət Tarverdiyevayam, Louvre restoranına qarşı aparılmış qarayaxma kompaniyasını tam şəkildə qınayıram. Özüm orada təşkil edilmiş tədbirdə dəfələrlə iştirak etmişəm və şəhid ailələrinə göstərilmiş yüksək diqqət və qayğının şahidi olmuşam. Bunu edənlərin əsas məqsədlərinin nə olmasını bilməsəmdə, şiddətlə qınayıram. Heç kəs öz mənafeyi naminə şəhid ailəsinin adından, qazi adından sui-istifadə edə bilməz.