Kanada hakimiyyəti sentyabrın ortalarında həbsdən sonra vəfat edən iranlı Məhsa Əmininin ölümü ilə əlaqədar onlarla İran rəsmisinə, biznesinə, eləcə də İranın əxlaq polisinə qarşı sanksiya tətbiq edib.
Bu barədə Kanadanın Baş naziri Castin Trüdo bazar ertəsi jurnalistlərə açıqlama verib.
O, məhdudiyyətlərə məruz qalan vətəndaşların və təşkilatların dəqiq sayını açıqlamadan, “Bu gün elan edirəm ki, onlarla şəxs və təşkilata, o cümlədən İranda əxlaq polisi adlanan quruma qarşı sanksiyalar tətbiq edirik”, – deyə bəyan edib.