Tayvanda baş verən zəlzələ nəticəsində yaralıların sayı artıb.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 142 nəfər xəsarət alıb.
Ən çox yaralananlar Hualien qraflığında olub.
***23:32
Tayvanın cənub-şərq sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
Hadisə nəticəsində azı bir nəfər ölüb, 79 nəfər yaralanıb.
Yeraltı təkanlar körpülərə, yollara, binalara və infrastruktura ziyan vurub. Hualien əyalətinin Yuyli qəsəbəsində sement zavodunun işçisi dağıntılar altında qalaraq ölüb.
Həmin qəsəbədə ticarət mərkəzinin fəaliyyət göstərdiyi üçmərtəbəli ev uçub. Dağıntılar altında dörd nəfər, o cümlədən bir qadın və beş yaşlı qız qalıb.
Xilasedicilərin onları çıxarması üç saatdan çox çəkib.
09:36
Şənbə günü Tayvanın cənub-şərq sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, təbii fəlakətin episentri təxminən 1,5 milyon nəfər əhalisi olan Kaosyun şəhərindən 116 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat, dağıntılar və sunami təhlükəsi barədə məlumat yoxdur.