Suriya Demokratik Qüvvələri Hələb şəhərinin Afrin rayonunda Küveytin Əl Rəhma kəndindəki qaçqın düşərgəsinə raket zərbəsi endirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Yerli mənbələr hava hücumunun Suriya Demokratik Qüvvələri və iranlı yaraqlıların nəzarəti altında olan Tel-Rifat bölgəsindən həyata keçirildiyini bildirib.
Hücum zamanı çoxlu sayda ev və çadıra da ziyan dəyib.