“Rusiya hərbçiləri 40 min ukraynalını zorla ölkədən çıxarıb”.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.
“Rusiya qoşunları mülki insanları zorla işğal olunmuş ərazilərin dərinliklərinə və ya Rusiyanın özünə aparır. Söhbət on minlərlə ukraynalının bu şəkildə zorla köçürülməsindən gedir”.
Vereşçukun sözlərinə görə, Kiyev bölgəsindən çıxarılan insanlar Belarusa göndərilə bilər.