Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynaya gəldiyi iddia edilir. Orada o, Çeçenistan silahlıları ilə görüşüb. Görüşün videoyazısı “Operativnıye svodki” Telegram kanalında və RT-də yayımlanıb. Çeçenistan mediası videoları hələ şərh etməyib.
Səs yazısında Çeçenistan rəhbəri “Məqsəd – Kiyevi almaqdır” deyir.
Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz Telegram kanalında Kadırovun Ukraynaya gəldiyini və İvankovoda olduğunu yazıb.
Kadırovun Ukraynada olması ilə bağlı rəsmi məlumat yoxdur.
virtualaz.org