Çərşənbə axşamı, 20 Oktyabr 2026 07:10:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
20 Oktyabr 2026
SON XƏBƏRLƏR
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 15:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00
Dünya

Rusiya borclarını ödəyə bilməyəcək

09.03.2022 19:02 · 200 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Fitch” reytinq agentliyi Rusiyanın reytinqini defoltdan bir pillə əvvəl gələn “C” səviyyəsinə endirib. Agentliyin məlumatına görə ölkənin defoltu qaçılmazdır. Defolt, bir ölkənin öz borclarını ödəyə bilməməsi və ya ondan imtina etməsidir. Rusiya 1998-ci ildə artıq defolt olduğunu elan edib. Bundan əvvəl bir neçə il ərzində Rusiya fəal şəkildə qısamüddətli dövlət istiqrazlarının (QDİ) buraxılmasını həyata keçirirdi. Hökumət bu borcları ödəyə bilmədikdən sonra, birtərəfli qaydada öz qiymətli kağızlarının restrukturizasiyasını elan etdi. Bu böhran çoxlarının yaddaşına həkk olundu.

1998-ci ilin avqust ayında rubl kəskin devalvasiyaya uğradı. Maliyyə bazarlarında təşviş yarandı, qiymətlər qalxdı və bunun ardınca bir neçə bank müflis oldu. Mağaza işçiləri o vaxtlar qiymət yarlıqlarını bir neçə saatdan bir dəyişməli olduğunu yada salırlar, çünki rublun ucuzlaşmasına görə onlara daim dəyişmək lazım gəlirdi. Təşviş içində olan insanlar rast gəldiyi bütün malları alırdılar.

Bu dəfə vəziyyət bir qədər fərqlidir. Fitch yazır ki, defolt indi qaçılmazdır, çünki agentliyin fikrincə, dövlətin öz borcunu ödəmək əzmi getdikcə azalmaqdadır. Agentlik Prezidentin fərmanına və Mərkəzi Bankın əcnəbilər üçün qiymətli kağızlar üzrə müxtəlif ödənişləri məhdudlaşdıran bəyanatlarına istinad edir. Agentlik hesab edir ki, Rusiya ABŞ və Aİ ölkələrinin çərşənbə axşamı elan etdiyi sanksiyalarına “siyasi cavab” verməklə öz öhdəliklərinin bir hissəsini ödəməkdən imtina edə bilər.

Martın 6-da daha bir agentlik – Moody’s Rusiyanın defolt riski ilə bağlı xəbərdarlıq edib. Agentlik reytinqi “C” səviyyəsinə endirib, bu da defoltdan əvvəlki səviyyədir. Agentliyin izahatları Fitch-in mövqeyi ilə üst-üstə düşür – ölkə kapitalın hərəkətini və əcnəbilərə müxtəlif ödənişləri məhdudlaşdırır. Agentlik Rusiyanın öz öhdəliklərini ödəmək “istədiyinə və buna qadir olduğuna” şübhə edir. 1998-ci illə indiki vəziyyət arasındakı əsas fərq böhranın səbəblərindədir.

1998-ci ilin defoltunu bir çox iqtisadçılar hazırkı hakimiyyətin “səhvi” adlandırırlar. Onda iqtisadiyyat qeyri-sabit idi, hökumət çox aktiv şəkildə borca girirdi və daim yaranan böhranların öhdəsindən gələ bilmirdi. Bu təcrübədən sonra hökumətin iqtisadi bloku uzun illər ərzində sərt maliyyə siyasəti aparıb, gəlirlərin əhəmiyyətli hissəsi kənara qoyulub və dövlət borcunun ciddi dərəcədə artmasına imkan verilməyib. Hökumət bu siyasətə görə ciddi tənqid olunurdu. Çünki hesab olunurdu ki, o, iqtisadiyyatın inkişafı üçün kifayət qədər pul ayırmır. Nəticədə Rusiyanın əlində kifayət qədər böyük ehtiyatlar cəmləşdi.

Fevralın 1-nə olan məlumata görə, Milli Rifah Fondunda az qala 175 milyard dollar var idi. Reytinq agentlikləri və analitiklər hesab edirdilər ki, bu ehtiyatlar Rusiyanın “yastığıdır” və onun sayəsində iqtisadiyyatın sabitliyi təmin ediləcək. 1990-cı illərdə iqtisadi təhlükəsizlik və sabitliyə aid olan heç bir “yastıqdan” söhbət getmirdi. Lakin indi belə məlum olur ki, bu qənaətlər maliyyə sabitliyinə zəmanət vermir. Rusiya defoltunun indiki vəziyyəti ciddi şəkildə dəyişə biləcəyi mübahisə mövzusudur. Rubl artıq kifayət qədər kəskin ucuzlaşıb. Onun məzənnəsini valyuta müdaxilələrinin köməyi ilə saxlamağa çalışırlar. Əvvəlcə bu, Mərkəzi Bankın hesabına edilirdi. Onun aktivləri dondurulduqdan sonra isə ixracatçıların qazandığı valyuta satışlarından istifadə olunmağa başlanılıb. Xarici investorlar Ukrayna ilə müharibə və sanksiyalara görə Rusiya bazarını əsasən tərk ediblər. Beynəlxalq investorlar arasında Rusiya iqtisadiyyatı və hakimiyyətinə inam sarsılıb. (BBC)

virtualaz.org

↑