Ukraynanın Sumı bölgəsində gecə boyu şiddətli döyüşlər gedib.
RUBİN.AZ xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığı paylaşım edib.
“Ukraynanın qəhrəman müdafiəçiləri Sumıda Rusiyanın şovinistlərinə mərdliklə müqavimət göstərir. Ukrayna Silahlı Qüvvələrinə dəstək verin!” – deyə qurumdan bildirilib.
Sumı vilayətinin dövlət administrasiyasının rəhbəri Dmitri Jivitskinin sözlərinə görə, vilayət ərazisində döyüşlərdə yeddi nəfər ölüb, 45 nəfər yaralanıb.
oxu.az