Cəlilabad rayonu, Babalı kənd sakinləri Şəhidlərimizin müqəddəs xatirəsinə park salınması üçün kənd ərazisində torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi barədə müraciət etmişlər. Şəhidlər parkına yerin ayrılması üçün tərəfimdən rayon icra hakimiyyətinə məktub göndərilmiş, cavab məktubunda isə ərazidə parkın salınması üçün təklif edilən yerin məqsədəmüvafiq olması və aidiyyəti üzrə sənədləşmə işlərinə başlandığı bildirilmişdir. Bu cür xeyirxah təşəbbüslə çıxış edən, dəstək olan və həyata keçirilməsinə kömək edən hər kəsə minnətdarıq. Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir, məhz onların qəhrəmanlığı, şücaəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi hesabına əzəli və əbədi torpaqlarımız düşmən işğalından birdəfəlik azad edilmişdir.