Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov:
Məhbusların vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlməmişəm. Hətta belə hal olubsa belə VKRH-nə bu barədə heç vaxt və heç bir qurumdan təqdiqlənmiş rəsmi məlumat daxil olmamışdır.
Öz təşəbbüsümüzlə apardığımız araşdırmalarımız həmçinin bu cür şaiyələri təsdiq etməmişdir. Hər kəsdən yoxlanılmamış və təsdiqini tapmayan məlumatları paylaşmamağı xahiş edirəm. Vəkillərin tam əksəriyyəti vaksinasiyadan keçib və müvafiq sertifikata malikdirlər. Bundan ötrü ölkəmizdə bütün şərait yaradılmışdır, zəruri tədbirlər vaxtında görülmüşdür. Vəkillər başqa sahələrdə fəaliyyət göstərən hüquqşünaslardan heç də az məsuliyyətli insanlar deyildir. Hər kəsdən vəkilliyə və vəkillərə qarşı hörmətlə yanaşmağı, vəkillər barədə publik qaydada işlətdikləri ifadələrdə formal mülahizələrdən çəkinməyə çağırıram.