Rusiya Dövlət Dumasının deputatı, korrupsiyaya qarşı mübarizə və təhlükəsizlik komitəsinin üzvü, hakim “Vahid Rusiya” partiyasının təmsilçisi Biysultan Hamzayev Qazaxıstanın Rusiyaya birləşdirilməsinə çağırıb. Deputat özünün sosial şəbəkə hesabında bildirib ki, Qazaxıstanın “tarixi vətəni Rusiya ilə birləşməsinin” vaxtıdır.
“Mərkəzi Asiya rus torpağıdır! Sosial şəbəkələrdə Qazaxıstanın Rusiya ilə birləşməsi ideyasının müzakirəsi gedir. Şəxsən mənim, Rusiya vətəndaşının, siyasətdən və vəzifəsindən asılı olmayaraq tutduğu mövqe belədir. Qazaxıstanın tarixi Vətəni Rusiya ilə birləşdirilməsinə dair referendumun keçirilməsini dəstəkləyirəm”, – Dağıstandan deputat belə yazıb.
virtualaz.org