Təhsil İnstitutunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən 1500 dən çox müəllimin iştirak etdiyi “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlandıqdan sonra Rubin.az saytı olaraq müsabiqədə uğur qazanmış müəllimləri sizlərə təqdim etməyi düşündük. Artıq respublika birincisi Sevda müəlliməylə bağlı yazımız saytımızda işıq üzü görmüşdür. Lakin kiçik araşdırmamızdan sonra birinci yerin əslində iki qalibinin olduğunu müəyyənləşdirdik. Sevda müəlliməylə eyni nəticəni göstərən yəni verilən suallardan 25- dən 24- nə doğru cvb verən Süleymanov Namiq İbrahim oğlunu oxucularımıza təqdim etmək mənəvi borcumuzdur. Namiq müəllimlə müsahibəni sizə təqdim edirik.
İlk öncə sizi tanıyaq….
Süleymanov Namiq İbrahim oğlu. 1992 ci il 11 noyabr tarixində Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olmuşam. Məktəbdə oxuduğum , tələbə olduğum dövrlərdə fizika və riyaziyyat fənnlərinə olan həvəsim mənə olimpiadalarda uğur qazandırıb. III kursdan fizika fənnindən dərs deməyə başladım. Hal-hazırda 7-ci ildir ki, bu sahədəyəm. Məktəbdə işlədiyim dövrlərdə fizika ilə yanaşı riyaziyyat fənnini də tədris etmişəm. Hal-hazırda şəxsi fəaliyyət əsasında Abituriyent , Müəllimlərin İşə Qəbulu (MİQ) və olimpiada hazırlığı ilə məşğulam.
İsedadlı müəllim üçün istedadlı şagird müsabiqəsinə necə qatıldız ?
Bu layihənin varlığından gec xəbərim oldu. Tanıdığım bir kimya müəllimi mənə belə bir layihə olacağını söylədi və qatılmağımı məsləhət gördü. Mən də özümü sınamaq qərarına gəldim. Eyni zamanda ölkəmizdə belə bir layihəyə ehtiyyac olması , olimpiada sahəsinin ən güclülərini bir araya gətirməklə gələcək nəsillər üçün görüləcək böyük işlər məni həvəsləndirdi.Olimpiadanın nəticələri açıqlanandan sonra istər sosial şəbəkələrdə istər real həyatda tanımadığım yüzlərlə insan məni təbrik elədi.
Qalibsiz. Neçə suala düzgün cavab yazdız?
Təqdim olunan 25 sualın 25 –ni də yazdım , sadəcə bir sualda mexaniki səhv etdiyimdən 24 düz cavabım qaldı.
Olimpada sualları yazmaq üçün xüsusi istedad tələb olunurmu ? Yoxsa bunu orta məktəbdə fənni tədris edən istənilən müəllim bacarmalıdır?
Olimpiada sektoru tam ayrı və fərqli bir sahədir.Təbii ki bu sahədə uğur əldə etmək üçün az da olsa xüsusi istedad olmalıdır.Olimpiada sahəsində yüksək irəliləyiş əldə etmək üçün məktəb dövründən tək fizika yox həm də Riyaziyyat fənnini yaxşı mənimsəmək lazımdır.Amma tək bununla da bitrmir.Hər şeyin başında gərgin əmək və zəhmət dayanır.Daima araşdırmaq , dünya ölkələrinin olimpiadalarını mütəmadi izləmək lazımdır.Müxtəlif xarici mənbələrdən istifadə edərək fiziki düşüncə sahəsi genişləndirməlidir. Daima yenilik axtarışında olmaq lazımdır. Yadımdadır ki , məktəbdə oxuduğum dövrlərdə elə vaxt olub ki , bir məsələnin üstündə günlərlə düşünüb sonra tapmışam. Əsas olan da budur.”Düşünməkdən həzz almaq”.İndinin özündə belə çətin məsələlər üzərində işlərkən həllini tapan zaman uşaq tək sevinirəm.Əminən bu xarakter məndə heç zaman dəyişməyəcək.
Olimpiadada müəllimlərin az bal toplaması böyük səs –səda doğurdu. Bu haqda nə deyə bilərsiz?
Az öncə qeyd kimi olimpiada tam fərqli sahədir. Məsələyə iki prizmadan açıqlama gətirəcəm.Birincisi məktəb müəllimindən nə tələb olunur ? Məktəb proqramını bilmək və onu şagirdə mənimsətmək.Olimpiadada isə orta məktəb proqramından çətinləşdirilmiş və bəzi kənar mövzulardan suallar düşmüşdü. O səbəbdən məktəb müəllimini tam qınamaq olmaz. Dünya ölkələrində belə xüsusi istedadlı şagirdlərlə işləyəcək və olimpiada suallarını həll etməyi bacaran müəllimlər məhdud saydadır.Hətta mənfi bal toplayan müəllimin imtahandan qaçmayıb iştirak etməsi belə mənə görə böyük cəsarətdir.Bu cəsarətə görə o şəxsləri alqışlamaq lazımdır.Amma bu nəticələrdən dərs alaraq həmin müəllimlər öz üzərlərində işləməlidirlər. İkincisi Enşteynin məşhur bir deyimi var :” Əslində hər
kəs dahidir.Amma bir balıqdan ağaca dırmanmaq istedadı tələb olunarsa , o, bütün ömrü boyu özünü axmaq hiss edəcək”.Bəlkə də olimpiada da uğur əldə etməyən müəllimlərin məktəbdə başqa uğurları ola bilər. Məs: şagirdə fənni sevdirmək ,dərsə motivasiya yaratmaq və s. Hamımız məncə rastlaşmışıq ki müəllim çox savadlıdır, amma , heç cür uşağa fənni sevdirə bilmir . Savad olaraq ondan qat-qat zəif biri isə uşağa həmin fənni sevdirir.Belə hallarla çox rastlaşmışam. Buna görə də nəticənin nə olmasından asılı olmayaraq
müəllimləmizin arxasında durmalı və ən əsası onların bu nəticələrərini yaxşılaşdırmasına çalışmalıyıq..
Elşən Ramizoğlu